Mosulun tam süqutuna az qalıb - İraqın dövlət televiziyası

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Sevinın əsgərlər havaya atəş açırlar.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın müdafiə qabiliyyəti sürətlə zəifləyir və hökumət qüvvələri Mosulu yaxın saatlar ərzində tam nəzarət altına alacaq, İraqın dövlət televiziyası bildirir.

Televizya müxbiri İD əlində kiçicik ərazinin qaldığını xəbər verib.

Qələbə barədə xəbər rəsmi şəkildə təsdiqlənməsə də, şəhər küçələrində rəqs edib havaya atəş açan hərbçiləri görmək olar.

Mosulun alınması üzrə əməliyyat ötən ilin oktyabr ayında başlayıb.

Fotonun müəllifi Reuters
Image caption Polis qüvvələri bir-birlərini təbrik edir.

Koalisiya aviasyası və hərbi müşavirlərin dəstəyilə həyata keçirilən əməliyyatda həmçinin kürdlərin peşmərgə dəstələri, sünnü və şiə ərəb döyüşçüləri iştirak edir.

İD Mosulu 2014-cü ildə ələ keçirib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İD Mosulda əl-Nuri məscidini partladır

Bu barədə daha geniş