Sabiq MTN naziri Eldar Mahmudova qarşı cinayət işi açıla bilər

Eldar Mahmudov Fotonun müəllifi MTN.GOV.AZ
Image caption Eldar Mahmudov

Bazar ertəsi günü Səbail Rayon məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq naziri Eldar Mahmudov və MTN Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün Baş pPokurorluğa təqdiqam göndəridliyi bəyan edilib.

Qərar qətnamə şəklində, keçmiş MTN idarə rəisi Vüsal Ələkbərov barəsində verilən hökm zamanı qəbul edilib. Hökmə əsasən, Vüsal Ələkbərovun polkovnik rütbəsi ləğv olunub, üzərinə həbs qoyulmuş bir əmlakları müsadirə olunub və o, azadlıqdan 12 il müddətinə məhrum edilib.

Vüsal Ələkbərova qarşı mütəşəkkil dəstə ilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu gəlmə, rüşvətalma, sübutları saxtalaşdırma, vəzifədən sui-istifadə etmə və digər ittihamlar irəli sürülmüşdü.

Hökmdə yalnız bir zərərçəkmişin - 13-cü polis bölməsinin sabiq rəisi Vüsal Qurbanovun atası Akif Qurbanovun iddiası təmin edilib.

Digər zərərçəkmişlərin mülki iddiaları təmin edilməyib və onlar hökm barədə şikayət edəcəklərini bildiriblər.

Vüsal Ələkbərov iddiaları rədd edərək, yalan ittihamların səsləndirildiyini idda edib.

Qətnamədə keçmiş MTN naziri və idarə rəisinə qarşı irəli sürülən ittihamlar məhkəmədə açıqlanmayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş