Təmas xəttində atışmalar: Erməni tərəfi əsgərin öldüyünü təsdiqləyir

Artilleriya Fotonun müəllifi Reuters

Artan gərginlik fonunda Azərbaycan və Ermənistan mənbələri bir-birlərini atəşkəs rejimini pozmaqda ittiham edirlər.

Erməni tərəfi təmas xəttində bir əsgərin həlak olması barədə ötən gün yayılan məlumatları təsdiqləyib.

Tanınmamış "DQR"-ın "Müdafiə Nazirliyi" 20 yaşlı əsgər Vazqen Poğosyanın təmas xəttinin şərq istiqamətində Azərbaycan tərəfindən atılan atəşlə öldürüldüyünü bildirib.

Hadisə 10 iyul saat 17:40-da baş verib, məlumatda deyilib.

Bu gün "DQR prezidenti" Bako Sahakyan tərəfindən hərbçi "DQR dövlət sərhədinin qorunması işində göstərdiyi şücaətə görə "Döyüş xidmətlərinı görə" medalı ilə təltif edib".



İyulun 4-də açılan atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində iki yerli sakin - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz isə yaralanıb.

Gərginliyin artması ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri "təcili sürətdə tərəfləri hərbi hərəkətləri dayandırmağa" çağırıb.

Çərşənbə axşamı Brüsseldə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Nazirlər Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.

Bu barədə daha geniş