Prokurorluq bloqçu Aleksandr Lapşinə 6,5 il müddətinə həbs istəyib

Aleksandr Lapşin Fotonun müəllifi Courtesy Photo
Image caption Aleksandr Lapşin 2011-ci ildə Qarabağa səfər etdikdən sonra, Azərbaycan XİN tərəfindən 2013-ci ildə dərc edilmiş arzuolunmaz şəxslərin siyahısına daxil edilib

Azərbaycanda həbsdə olan bloqçu Aleksandr Lapşinin məhkəmə prosesində prokurorluq nümayəndəsi onun 6,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Aleksandr Lapşin dövlət əleyhinə yönələn çağırışlar və Azərbaycan sərhədini qanunsuz olaraq keçmə maddələri üzrə ittiham olunur.

O, daha əvvəl özünü günahkar hesab etmədiyini bildirib.

Həmçinin Rusiya və İsrail vətəndaşlığına sahib olan Aleksandr Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra arzuolunmaz şəxslər siyahısına salınıb.

O, buna rəğmən 2016-cı ildə Azərbaycana Ukrayna pasportu ilə gəlib. Aleksandr Lapşin bu səfəri barədə bloqunda yazıb.

Bundan sonra Azərbaycan sərhədini qanunsuz şəkildə keçməkdə ittiham edilən Aleksandr Lapşin Bakının müraciətinə əsasən Belarusda saxlanılmışdı.

Fevral ayında o, Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilib.

Bu barədə daha geniş