5 fotoda: Ağalarovlar dünya mediasında, Nemtsovun qatilləri və...

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Victor Boyko/ Getty

1. Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun oğlu Emin dünya mediasının diqqət mərkızinə düşüb.

ABŞ prezidenti Donald Trump-ın böyük oğlu Kremlə bağlı vəkillə görüşdüyünü etiraf edib. Bu görüşün isə Emin Ağalarovun xahişi ilə "təşkil edildiyi" bildirirlir.

Yeni Trump-Rusiya qalmaqalında Ağalarovların rolu nə olub? 5 suala cavab

Fotonun müəllifi Thierry Chesnot/ Getty

2. Prezident Donald Trump Parisdə keçirilən Bastiliya Günü paradında iştirak edib. Parad həmçinin amerikalıların Birinci Dünya Müharibəsinə qoşulmasının 100 illiyini qeyd edib, ABŞ və Fransa əsgərləri birgə yürüş ediblər.

Daha sonra Fransa prezidenti Emmanuel Macron Nitsa şəhərində baş vermiş və 86 nəfərin ölümü ilə nəticələnmiş hücumun ildönümündə iştirak edib.

Trump Parisdə, Bastiliya Günü paradında

Fotonun müəllifi AFP

3. Rusiyada müxalifət lideri Boris Nemtsovu qətlə yetirməkdə ittiham olunan çeçen silahlısı Zaur Dadayev və onunla əlbir olan daha 4 nəfərə uzunmüddətli həbs cəzaları kəsilib.

Dadayev Çeçenistanda elit bir hərbi hissənin keçmiş üzvüdür və Çeçenistanın rəhbəri Ramzan Kadırovun tabeçiliyində olub.

Nemtsovun qətlinə görə beş çeçenə həbs cəzası kəsilib

Fotonun müəllifi MTN.GOV.AZ

4. Bazar ertəsi günü Səbail Rayon məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq naziri Eldar Mahmudov barəsində cinayət işinin başlanması üçün Baş Pokurorluğa təqdimat göndəridliyi bəyan edilib.

Qərar qətnamə şəklində, keçmiş MTN idarə rəisi Vüsal Ələkbərov barəsində verilən hökm zamanı qəbul edilib.

Sabiq MTN naziri Eldar Mahmudova qarşı cinayət işi açıla bilər

Fotonun müəllifi Kevin Lee/ getty

5. Parisdə mühacirət həyatı yaşayan türkiyəli sahibkar Hakan Uzanın təxminən 109 milyon manata aldığı Vertu telefon şirkəti müflis olub.

Şirkətin təsviyyəsi təxminən 200 nəfəri işsiz qoyacaq.

Türkiyəli sahibkarın 50 milyon funta aldığı Vertu telefon şirkəti çökdü

Əlaqəli mövzular