DTX xarici xüsusi xidmət orqanlarına casusluq edən şəxsi saxladığını bəyan edib

DTX Fotonun müəllifi Dövlət Təhlükəsizlik Xidməti

Dövlət Təhlükəsizlik Xidməti (DTX) çərşənbə günü dərc etdiyi bəyanatda keçirdiyi "əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə" fəaliyyət göstərən Muxtar Yağubovu saxlandığını bildirib.

DTX-nın məlumatına görə, Muxtar Yağubov Azərbaycanda topladığı məlumatları "kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycan Respublikasından çıxarmağa" cəhd edərkən saxlanılıb.

DTX həmçinin qeyd edir ki, Muxtar Yağubovun saxlanması, cinayət məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə başlanmış cinayət işi üzrə davam edən araşdırmalar nəticəsində baş tutub.

Bu araşdırmalar nəticəsində Bakı və digər ərazilərdə fəaliyyət göstərən casus şəbəkəsi aşlar edilib, bəyanatda deyilib.

Araşdırma çərçivəsində Muxtar Yağubov daxil olmaqla indiyədək 6 nəfər saxlanılıb və onlar barədə həbs qətimkan tədbiri seçilib.

DTX qeyd edir ki, xarici xüsusi xidmət orqanları casus şəbəkəsinə "dövlət məmurları, ictimai xadimlərlə əlaqələr yaratmaq və digər dairələrə nüfuz etmək, Azərbaycan Respublikasının təhlükəsizlik orqanları, Silahlı Qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları" toplamaq göstərişini verib.

DTX istintaq-əməliyyat tədbirlərinin davam etdiyini vurğulayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş