Google-dan təqaüd alan ilk türkiyəli əlil
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Google-dan təqaüd alan ilk türkiyəli əlil

Muratcan Çiçek Londonun King's Cross stansiyasından bir neçə yüz metr aralıda yerləşən Google binasının terasasından açılan mənzərəni izləyir.

Google qrupu üçün hazırladığı təqdimatdan sonra 24 yaşlı gənc baş verənləri izah edir.

"Bu gün burada Google-a layihəmizi də izah etmə fürsəti tapdıq. Bizi bu qədər dinləyəcəklərini gözləmirdim. Əlillər üçün hazırladığım layihələri təqdim etdim”.

Onun sözlərinə görə söhbət yeni hazırlanan proqram təminatından gedir.

Onun vasitəsilə fiziki məhdudiyyətindən asılı olmayaraq hər bir şəxs kompüter və mobil telefonu istifadə edə biləcək.

“Sentyabr ayında bunu bazara çıxarmağı planlaşdırırıq”.

24 yaşlı Muratcan doğuş vaxtı beyin iflici keçirib.

O deyir ki, hərəkətlərini məhdudlaşdıran maneəyə, həyatını da məhdudlaşdırmağa yol vermir.

"Bu gün burada olmağım Türkiyədəki hər hansı bir şəxsin də uğur əldə edə biləcəyinin təsdiqidir. Ümid edirəm ki, digər dostlar da hekayətimdən həvəslənərək daha çox şeylərə nail olacaqlar”.

Xəbər və videonu BBC Türkçe-nin müxbiri Efe Öç hazırlayıb.