Bakı sakinləri aldıqları dondurmaları necə seçirlər?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bakı sakinləri aldıqları dondurmaları necə seçirlər?

İqtisadiyyat Nazirliyinin çərşənbə axşamı yaydığı bəyanata görə, ölkədə istehsal olunan bəzi dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, bu dondurmaları yeyən uşaqlarda qarın sancıları, ishal müşahidə oluna bilər.

BBC Azərbaycancanın suallarını cavablayan Bakı sakinləri isə dondurma seçərkən daha çox dadına baxdıqlarını deyiblər.

Sakinlərdən bəziləri məhsulun üzərindəki yararlılıq müddətinə diqqət etdiyini desə də, başqa sakinlər üçün dad əsas amil olub.