Əfqan Muxtarlının işilə bağlı Gürcüstan rəsmiləri vəzifədən kənarlaşdırılıb

Əfqan Muxtarlı Fotonun müəllifi Elmir Mirzoyev
Image caption Əfqan Muxtarlı döyüldüyünü və cibinə 10 min avro pul qoyulduğunu deyir

Jurnalist Əfqan Muxtarlının işilə bağlı Gürcüstanın Sərhəd Polisi və Əks-kəşfiyyat Departamentinin başçıları istintaq müddətinə vəzifədən kənarlaşdırılıb, Gürcüstanın daxili işlər naziri bildirib.

Georgi Mğebrişvili bu barədə qərarı istintaqın gedişatı ilə bağlı jurnalistlərə məlumat verərkən elan edib.

Əfqan Muxtarlı mayın 29-u Tbilisidə saxlanılaraq iradəsi əleyhinə Azərbaycana ötürüldüyünü deyir. O, sərhədi qanunsuz keçmə, qaçaqmalçılıq və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşına zor tətbiq etməkdə ittiham olunur.

May ayında onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Azərbaycan hakimiyyətini siyasi təqiblərdə ittiham edən hüquq müdafiə qrupları Əfqan Muxtarlını azad etməyə səsləyirlər.

"Gürcüstan hökuməti də onun taleyi üçün məsuliyyəti bölüşür və onun qanunsuz saxlanma və qaytarılmasında öz rolu haqqında dürüst məlumat verməlidir", - New York-da mənzillənən HRW qrupunun nümayəndəsi Georgi Gogia bildirib.


Həmçinin oxuyun:

İşlə bağlı suallar

Tbilisidə keçirilən brifinqdə Gürcüstanın daxili işlər naziri Georgi Mğebrişvili deyib ki, DİN rəsmiləri araşdırma ilə bağlı mümkün sualları aradan qaldırmaq üçün kənarlaşdırılıb.

«Qərar qəbul olunub və dövlət sərhədi və əks-kəşfiyyat fəaliyyətinə bilavasitə nəzarət edən xidmətlərin başçıları - DİN Sərhəd Polisinin rəisi və Dövlət Təhlükəsizlik Xidməti Əks-kəşfiyyat Departamentinin direktoru istintaq başa çatana kimi vəzifələrini tərk edirlər", Gürcüstan mətbuatında nazirin sözləri iqtibas olunur.

Ötən ay Gürcüstan Ombudsmanı Əfqan Muxtarlının oğurlanmasında DİN-in iştirakı barədə iddiaları qeyd edərək istintaqın Baş prokurluğa ötürülməsini təklif etmişdi.

"Əməkdaşlarımıza inanırıq"

Georgi Mğebrişvili barəsində qərar qəbul edilmiş DİN rəsmilərinə etimadı itirmədiyini deyib.

"İdarənin rəhbəri kimi, biz əməkdaşlarımızın günahsız olduğuna inanırıq, lakin istintaqın heç bir versiyanı istisna etmək haqqı yoxdur", - nazir deyib.

İyul ayında Azərbaycanın Baş Prokurorluğu Əfqan Muxtarlının "Azərbaycanın və Gürcüstanın xüsusi xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilisidə tutularaq Azərbaycana gətirilməsi barədə" millət vəkili Elman Nəsirovun verdiyi informasiyanı təkzib edib.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti də Azərbaycanla birgə fəaliyyət barədə məlumatların həqiqətə uyğun olmadığını vurğulayır.

Gürcüstan DİN-i Əfqan Muxtarlının cinayət işilə bağlı materiallarla tanış olmaq üçün Azərbaycana müraciət etdiyini bildirir.

46 yaşlı Muxtarlı və onun araşdırmaçı həyat yoldaşı Leyla Mustafayeva 2015-ci ildən etibarən Gürcüstanda yaşayır.

Bu barədə daha geniş