Lapşinə nə olacaq?

Lapşin Fotonun müəllifi COURTESY PHOTO

Cümə axşamı günü Ağır Cinayətlər Məhkəməsi Qarabağa və daha sonra Azərbaycana səyahət edən bloger Aleksandr Lapşini 3 il müddətinə azadlıqdan məhrum edib. Lakin yerli ekspertlər onun bu müddəti tamamilə həbsdə keçirməyəcəyini düşünürlər.

"Məncə Lapşin bu cəza müddətinin bütün 3 ilini həbsdə keçirməyəcək və çox güman ki, onu əfv edəcəklər", - deyib siyasi ekspert və millət vəkili Rasim Musabəyov.

"Onun Azərbaycana deportasiyası və həbsdə keçirdiyi aylar ona kifayət qədər cəza olub."

Eyni zamanda, millət vəkilinin fikrincə Aleksandr Lapşinin əfv olunması və ya Rusiyaya ekstradisiya qərarına səbəb Azərbaycanın Rusiya, İsrail və ya Ukrayna ilə əlaqələrini pozmamaq istəyindən asılı olmayacaq.

Keçmiş prezident Heydər Əliyevin müşaviri olan Eldar Namazov da Aleksandr Lapşinin azadlığa buraxılacağına inanır.

"Mən onu də qeyd etmək istəyirəm ki, xarici mediada bu işin məqamları tamamilə dəqiq şəkildə təsvir edilmir", - deyərək cənab Namazon əlavə edib ki, - "bloqçu Qarabağa səfər etdiyinə görə mühakimə olunmayıb".

"Məsələ ondadır ki, bundan sonra, o, "qara siyahıda" olmasına baxmayaraq bir daha Azərbaycanın sərhədini keçib və öz bloqunda sərhədçiləri necə aldatdığını göstərib. Demək olar ki, o, dövlət xidmətlərini ələ salıb və bütün məhkəmə bunun üzərində quraşdırılıb", cənab Namazov deyib.

"Qarabağa Xarici İlər Nazirliyinin icazəsi olmadan getməyin adi cəzası "qara siyahıya" daxil edilməkdir", - deyən cənab Namazov həmçinin qeyd edib ki, "buna baxmayaraq, mən inanıram və ümid edirəm ki, o, bu cəza müddətini tamamilə keçirməyə məcbur olmayacaq".

Fotonun müəllifi Courtesy Photo
Image caption Aleksandr Lapşin

Livejournal blogçuluq sosial şəbəkəsində puerrtto ləqəbilə tanınan Aleksandr Lapşin Ukrayna, Rusiya və İsrail dövlətlərinin pasportlarına sahibdir.

Bu pasportlardan istifadə edən cənab Lapşin iki dəfə tanınmamış "Dağlıq Qarabağ Respublikasına" səyahət etdikdən sonra Azərbaycan tərəfindən arzuolunmaz şəxs elən edilib və "qara siyahıya" daxil olunub.

Bundan sonra Azərbaycana onun adını fərqli şəkildə təsvir edən Ukrayna pasportu ilə səyahət edən cənab Lapşin səyahəti və sərhədi necə keçdiyini öz blogunda izah edib.

2016-cı ilin dekabr ayında, o, Belarusda həbs edildikdən sonra 2017-ci ilin fevral ayında Azərbaycana ekstradisiya edilib.

Arzuolunmaz şəxslərdən ibarət olan "qara siyahı" Azərbaycanda 2013-cü ildən bəri mövcuddur və hazırda 667 şəxsin adını daşıyır.

Bu siyahıda rəssamlar, müsiqiçilər, jurnalistlər, yazıçılar, bloqçular və bəzi Avropa parlamenti deputatları daxil olmaqla bir neçə siyasətçilərin adları da var.

Qarabağa Azərbaycandan icazə almadan gedərək "qara siyahıya" düşən şəxslər arasında bir çox tanınmış simalar də daxildir.

Onların arasında jurnalist Vladimir Varfolomeyev, yazıçı Eduard Limonov, Rusiya parlamentinin deputatları Konstantin Zatulin, Maksim Mişşenko, Kiril Çerkasov və Britaniyanın Lordlar Palatası üzvü Caroline Cox, ifaçı Bedros Kirkorov və opera ifaçısı Montserrat Caballe də var.

Bu barədə daha geniş