Bakıda yaşayış binasında yanğın söndürülüb

yanğın Fotonun müəllifi APA

Bakıda Yasamal rayonu İnşaatçılar prospekti 152-154 ünvanında yerləşən 5 mərtəbəli binada yanğın söndürülüb.

Müxbirimizin məlumatına görə, polis həmin əraziyə gediş-gəliş yolları məhdudlaşdırıb.

Yanğının ilkin səbəbi elektrik naqillərində qısaqapanma olduğu güman edilir, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov bildirib.

"FHN əməkdaşlarının verdiyi məlumata görə, 240 kvadratemetr dam örtüyü yanıb. Havanın küləkli olması yanğını gücləndirib. Yanğın heç bir mənzilə keçməyib. Hazırda araşdırmalar davam etdirilir", Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov mediaya bildirib.

Hadisə zamanı xəsarət alan olmayıb və sakinlər təxliyə olunub, APA agentliyi yazır.

Yanğın 24 iyul səhəri, təxminən saat 09.10-da başlayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş