Azərbaycan MN: "Təmas xəttində bir əsgər yaralanıb"

PUA Fotonun müəllifi MOD.GOV.AZ

Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunu atması nəticəsində bir əsgər yaralanıb.

Nazirlik bildirir ki, yüngül bədən xəsarətləri alan hərbi qulluqçu Babakişiyev Muraz Kamal oğlu xəstəxanaya yerləşdirilib və onun həyatı üçün heç bir təhlükə yoxdur.

Məlumata görə, bu qurğu "pilotsuz uçuş aparatı ilə atılıb".

"Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür", Nazirlik əlavə edib.

Bu barədə daha geniş