Reqqi, muğam və saz sintezi edən musiqiçilər
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Reqqi, muğam və saz sintezi edən musiqiçilər

Musiqiçi və bəstəkar Araz Ozara saz ifaçısı Elvin mehmannlı və bir neçə digər musiqiçi ilə birləşərək blyuz, reqqi kimi musiqi janrlarını muğam və sazla sintez edir.

Araz Ozara 4 yaşından musiqiyə həvəs göstərməyə başladığını deyir. O, Fransanın "Voice" yarışmasında iştirak edib.

Elvin Mehmanlı isə deyir ki, saz alətinə maraq onda doğulduğu bölgə olan Gədəbəyə görə yaranıb. O bölgədə bu alət çox populyardır.

Elvin həm də respublika saz müsabiqəsinin qalibi olduğunu da bildirir.

Araz və Elvin artıq bir ildir ki tanış olublar və Qərb musiqi növləri ilə Azərbaycanın milli musiqisini sintez etməyə başlayıblar.

Onlar artıq Fransada konsert veriblər. Deyirlər ki, məqsədləri başqa ölkələrə də öz sənətlərini tanıtmaqdır.

Onlarla müxbirimiz Günel Səfər söhbət edib.