Prezident Trump Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyəcək

Putin və Trump Fotonun müəllifi Reuters

Prezident Donald Trump Rusiyaya qarşı əlavə sanksiyaların tətbıqini nəzərdə tutan qanuna imza atacaq, Ağ Ev bildirir.

"O qanunun son versiyası ilə tanış olub və öz qeydlərinin nəzərə alındığına görə onu dəstəkləyir və imzalamaq niyyətindədir", - Ağ Evin rəsmi nümayəndəsi Sarah Huckabee Sanders deyib.

Qanun İran və Şimali Koreyaya qarşı da sanksiyaları nəzərdə tutur.

Daha əvvəl onu ABŞ Konqresinin hər iki palatası təsdiq edib.

Bundan əvvəl ehtiyat edilirdi ki, Rusiya ilə əlaqələri tənzimləmək istədiyini deyən ABŞ prezidenti qanunu bloklamaq üçün veto hüququndan istifadə edə bilər.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
BBC-dən Trump-Rusiya sualları Emin Ağalarovu narahat edib

ABŞ kəşfiyyat agentlikləri hesab edir ki, Rusiya seçkiləri Donald Trump-ın xeyrinə yönəltməyə cəhd edib və hazırda onun seçki qərargahı üzvlərinin Rusiya ilə əlaqələri araşdırılır.

Moskva ABŞ prezident seçkilərinə iddia edilən müdaxilə ilə bağlı məlumatları əsassız adlandırıb.

Cümə günü Rusiya sanksiyaların cavabsız qalmayacağı ilə bağlı xəbərdarlıq verib.

Moskva 1 sentyabra qədər ölkədəki ABŞ missiyalarında işləyənlərin sayını Amerikadakı rusiyalı diplomatik missiya əməkdaşlarının sayı qədər, yəni 455 nəfərədək azaltmağı tələb edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş