Cəbhədə Ermənistan tərəfinin atəşi nəticəsində azərbaycanlı hərbçi həlak olub

Əsgər Fotonun müəllifi Getty Images

İyulun 30-a keçən gecə və səhər saatlarında Ermənistan tərəfinin atəşi nəticəsində Azərbaycan Hərbi Qüvvələrinin hərbçisi Əkbərli Hüseyn Zakir oğlu həlak olub, Müdafiə Nazirliyi bildirib.

Bazar günü verilən bəyənatda, nazirlik Ermənistan tərəfinin Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndlərini atəşə tutduğunu deyib.

Ermənistan və ya tanınmamış "Dağlıq Qarabağ Respublikası" hələ ki, hadisə barədə açıqlama verməyib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycan kəndlərini "iriçaplı silahlardan intensiv atəşə" tutduğunu bildirib.

Hazırda isə cəbhə xəttinin Azərbaycan qüvvələrinin nəzarəti altında olduğunu deyən nazirlik, həmçinin "düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri" görüləcəyini vurğulayıb.

APA-nın məlumatına görə, Cəlilabadın Eçara kəndində 1993-cü ildə doğulmuş Hüseyn Əkbərli doğma kəndində bu gün dəfn ediləcək.

Bu barədə daha geniş