Lənkəranda 5 günlük körpənin ölümü ilə bağlı cinayət işi açılıb

MIA Fotonun müəllifi APA

Daxili İşlər Nazirliyinin məlumatına görə, Lənkəran rayonunda 5 günlük körpənin "quyuya atılması" ilə bağlı cinayət işi açılıb.

DİN-in KİV və İctimaiyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Babayev BBC Azərbaycancaya bildirib ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb.

İyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in "102 Zəng Mərkəzi" nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib. Həmin gün saat 6.31 radələrində Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib", DİN açıqlayıb.

"Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb".

Hazırda Lənkəran rayon prokurorluğu istintaq tədbirlərini aparır.

Əlaqəli mövzular