Hacıqabulda bir ailənin silahlı hücumla qətli barədə bəyanat yayılıb

Hacıqabul Fotonun müəllifi APA
Image caption Mediada hücum edən şəxsin də ölməsi barədə məlumat var, amma onun hansı şəraitdə ölməsinə dair məlumatlar ziddiyyətlidir.

Daxişi İşlər Nazirliyi və Baş Prokrurorluğun birgə yaydığı bəyanatda Hacıqabul rayonunda qətllə nəticələnən cinayət hadisəsinin Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırıldığı deyilib.Bəyanatda deyilir ki, iyulun 31 saat 06:00 radələrində Hacıqabul şəhərində Məmməd Qənbərovla şəxsi münasibətlərində yaranmış mübahisəyə görə, Mübariz Mehtiyev qısas almaq niyyətilə onun yaşadığı evə daxil olub.

Həmçinin deyilir ki, Mübariz Mehtiyev evə gətirdiyi qoşalüləli ov tüfəngindən atəş açaraq, qəsdən Məmməd Qənbərovu öldürməyə cəhd edib və onun dörd ailə üzvünü öldürüb. Açıqlamada Mehtiyevin özünə atəş açaraq intihar etdiyi də bildirilib.Nəticədə Məmməd Qənbərov ağır bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib, lakin onun qohumları, Nazim, Gülbadam, Bibilə və Namiq Qənbərovlar hadisə yerində ölüblər.Hadisə ilə bağlı bəyanatda rayon prokurorluğunda xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə və öldürmə cəhdi, iki və ya daha çox şəxsi qəsdən öldürmə və ya öldürmə cəhdi və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma maddələri ilə cinayət işi başlandığı və müvafiq ekspertizaların təyin edildiyi deyilir.Bəyanatda həmçinin qeyd edilib ki, Mübariz Mehtiyev əvvəllər məhkum olub.

Əlaqəli mövzular