Qarabağın baş məşqçisi: "Olduqca çətin oyun oldu"

Qurban Qurbanov Fotonun müəllifi Getty Images
Image caption "Komandada bir az gərginlik var idi. Ancaq şükürlər olsun, hər şey istədiyimiz kimi oldu", baş məşqçi Qurban Qurbanov bildirib. (arxiv foto)

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Moldovada keçirilən oyun zamanı Qarabağ futbol klubu Şerif futbol klubuna 2-1 hesabı ilə qalib gəlib.

Baş məşqçi Qurban Qurbanov oyundan sonra klubun rəsmi Facebook səhifəsində bildirib: "Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm".

Artıq Bakıya qayıdan futbol klubunu azarkeşlər coşğu ilə qarşılayıblar, APASport yazır.

Sosial şəbəkələrdə əksəriyyət klubun qələbəsinə sevinərkən, oyunun canlı yayımının təşkil edilməməsini tənqid edib.

Fotonun müəllifi Qarabağ FK
Image caption Futbolçular bu səhər Bakıya dönüblər

Oyunun canlı yayımlanmaması tənqid olunub

Baxruz Bandaliyev adlı istifadəçi yazır ki, "Təbriklər Azərbaycan, bu da Azərbaycanda futbol yoxdu deyənlərə gəlsin!!!Qəbələyə də uğurlar!!!"

"Dünya gözle bizi gelirik...Qarabağımızla", Şahin Nəsibov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) səhifəsində yazıb.

Emin Dunya: "Bu tarixi geca canli yayimla evlari iwiqlandirmali idi mence. Heyf."

Enver Seferov adlı istifadəçi isə AFFA-nı belə ittiham edib: "səni kimi qurumdansa, heç olmamağın məsləhətdir ....... Bu cür oyunu yayımlamayacaqsan daha niyə fəaliyyət göstərirsiniz ......? 😡"

AFFA isə cavabında bildirib ki, Enver bəy, klubların Avro liqalarda oyunlarının yayım hüquqları ev sahibi komandaya məxsusdur və bu hüquqların alışı-satışı klub-telekanal arasındakı kommersiya fəaliyyətidir. Dünyanın heç bir ölkəsində Milli Assosiasiyanın bu fəaliyyətə qarışmaq səlahiyyəti yoxdur."

Avqustun 4-də "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi bilinməlidir.

Qarabağ Şeriflə Bakıda da qarşılaşmışdı, amma həmin vaxt oyun heç-heçə bitmişdi.

1 avqust oyununda qollar bu dəqiqələrdə atılıb: (Qarabağ) Dino Ndlovu 45+3 dəqiqəsində, (Qarabağ) Miçel 86-cı dəqiqədə və (Şerif) Badibanga 90+4 dəqiqəsində.

Əlaqəli mövzular

Bu barədə daha geniş