Yəmən bohranı: Milyondan artıq uşaq vəba riski ilə üzləşir

A girl infected with cholera lies on the ground at a hospital in Sanaa, Yemen (7 May 2017) Fotonun müəllifi Reuters

Yəməndə milyondan artıq uşaq vəbaya görə həyatını itirmək riski ilə üzləşir, Save the Children təşkilatı bildirir.

Xeyriyyə qrupuna əsasən uşaqlar aşırı dərəcədə az qidalanmaqdan əziyyət çəkir.

Belə uşaqların əksər hissəsi epidemiyanın ən geniş yayıldığı bölgədə yaşayır.

Vətəndaş müharibəsinə düçar olmuş ölkədə infeksiyaya yoluxanların sayı 430 minə çatıb.

Yetərli dərəcədə qidalanmayan uşaqların immun sistemi zəifləyir və xəstəliyə qarşı mübarizə qabiliyyəti aşağı düşür.

Onların infeksiyadan ölmək təhlükəsi ən azı 3 dəfə artıqdır, xeyriyyə cəmiyyəti bildirir.

Məlumata əsasən 200 minədək uşaq aclıqdan ölə bilər.

Aprel ayından bəri 1900-dən çox insan xəstəlikdən ölüb, bunlardan üçdə biri 15 yaşına çatmamış yeniyetmələrdir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Yəmən böhranının qurbanları

Vəba nisbətən asan müalicə olunur. Lakin ölkənin darmadağın olmuş səhiyyə infrastrukturu, ərzaq və tibbi ləvazimatın çatışmazlığı xəstəliklə mübarizəyə maneə törədir.

Xeyriyyə cəmiyyəti bildirir ki, Yəmən uşaqları hazırda "aclıq və xəstəlik tələsindədir".

Save the Children qrupunun ölkə üzrə direktoruna əsasən vəba və az qidalanmanı səhiyyə sisteminin mövcud olduğu halda aradan qaldırmaq çətin deyil.

"Lakin xəstəxana və klinikalar məhv edilib, səhiyyə işçilərinə bir ildən artıqdır ki, maaş ödənilmir və mühüm yardımın çatdırılmasına əngəl törədilir", - Tamer Kirolos deyib.

Xeyriyyə təşkilatının bəyanatından əvvəl BMT Yəməndəki vəziyyəti "işıq ucu görünməyən" və "acınacaqlı" kimi dəyərləndirib.

Beynəlxalq qurumun rəqəmlərinə əsasən 20 milyon əhalisi olan ölkə sakinlərinin üçdə ikisinin humanitar yardıma ehtiyacı var.

Əlaqəli mövzular

Bu barədə daha geniş