Hindistanda qadınlardan “Mən Sinderella deyiləm” kampaniyası

Palak Sharma Fotonun müəllifi Palak Sharma
Image caption Sosial şəbəkə kampaniyasında iştirak edən Palak Sharma şəklini çəkərək "Eyyy, baxın gecə yarısıdır və mən küçədəyəm" yazıb.

Hindistanda qadınlar gecə küçədə əylənərkən çəkdirdikləri şəkilləri "#AintNoCinderella" - Sinderella deyiləm həştəqilə paylaşmağa başlayıblar.

Kampaniya bir siyasətçinin gecə vaxtı zorakılığa məruz qalan qadın barədə "O qədər gec vaxtda küçəyə çıxmamalıydı" deməsindən sonra başlayıb.

Hindistanın şimalında yerləşən Chandigarh şəhərində DJ kimi fəaliyyət göstərən Varnika Kundu ötən cümə günü avtomobilində evinə qayıdarkən iki kişi tərəfindən təqib edildiyini və zorakılığa məruz qaldığını söyləmişdi.

İddiaya görə, kişilərdən biri Hindistanın hökumət partiyası Baharatiya Canatana-nın (BJP) öndə gedən liderlərindən birinin oğlu Vikas Barala olub.

Barala bu gün həbs edilib.

Polisdən verilən məlumata görə, siyasətçinin oğlu "zorakılıqda, içkili vəziyyətdə avtomobil idarə etməkdə və adam qaçırmağa cəhddə" ittiham olunur.

Zorakılığa məruz qalan Kundu təqib edənlərin onu qaçırmağa çalışdığını söyləyərək, "bu gün zorlandıqdan sonra cəsədim bir xəndəyə atılmamışsa, bunun səbəbi polisin mənim imdad zəngimə cavab verib vaxtında kömək etməsidir" deyib.

Kundu-nun Facebook-da başına gələnləri anlatdığı paylaşımı sürətlə yayıldıqdan sonra BJP-nin öndə gedən liderlərindən biri Ramveer Bhatti başına gələnlərə görə qadını ittiham edən bir açıqlama verib.

Bhatti CNN-News18 telekanalına verdiyi müsahibədə "O qız gecə saat 12-də küçədə olmamalı idi. Niyə gecə vaxtı avtomobil idarə edirdi ki? Mühit buna uyğun deyil. Diqqətli olmaq məcburiyyətindəyik" deyib.

"Analar və atalar uşaqlarına nəzarət etməlidirlər. Onları gecə küçələrə buraxmamalıdırlar. Uşaqlar evə vaxtında gəlməlidirlər. Onlar gecə vaxtı küçələrdə niyə gəzməlidirlər ki?", siyasətçi The Times of İndia qəzetinə verdiyi açıqlamada fikirlərini belə ifadə edib.

Lakin "qurbanı ittiham etmək" yanaşması dərhal diqqəti çəkib və qısa müddət ərzində qadınlar gecə vaxtlarında küçələrdə əylənərkən çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə "#AintNoCinderella" həştəqilə paylaşmağa başlayıblar.

Kampaniyanı müxalifət yönlü Kongre Partiyasının sosial media üzrə cavabdeh nümayəndəsi və məşhur aktrisa Divya Spandana bazar ertəsi günü bir tvitlə başladıb.

Spandana BBC-yə verdiyi müsahibədə "Qadınlar gecə vaxtı niyə küçəyə çıxa bilməzlər ki? Bhatti kimi bəylərdən soruşuram, kimdir bizə gecə vaxtı küçəyə çıxmağı qadağan edən? Ondan soruşuram o kimdir ki, bizi ittiham edir. Bu çox əsəbləşdirici təfəkkürdür" deyib.

"Xanımlar bir liderin ağzından bu qədər gərginlik yaradan ifadələri tez-tezmi eşidirsiniz? Mənim cavabım, bəli həddən artıq çox. Bu dəfə bizə evdən nə vaxtı çıxıb-çıxmayacağımızı deyirlər. Buna artıq son qoymaq lazımdır. "Məhşur aktrisa media kampaniyasını başlatdığı ismarıcında belə yazıb.

Spandana sonra bir gecə əyləncəsi zamanı çəkilən şəklini "Mən Sinderella deyiləm" həştəqilə paylaşaraq digər qadınları da kampaniyada iştirak etməyə çağırmışdı.



Fotonun müəllifi Divya Spandana

Kampaniya qısa müddət ərzində canlandı və yüzlərlə qadın sosial şəbəkələrdə bu həştəqlə şəkillərini paylaşmağa başladı.

İlk tvit yazanlardan biri də Konqres Partiyasının lideri və Hindistanın keçmiş naziri Pranab Mukherjee-nin qızı Sharmistha Mukherjee olub.

Fotonun müəllifi Sharmistha Mukherjee
Image caption Konqres Partiyasının lideri və Hindistanın keçmiş naziri Pranab Mukherjee-nin qızı Sharmistha Mukherjee yazıb: "Gecə 12-də küçədə olmağım təcavüzə məruz qalacağım demək deyil. Ləyaqət haqqımdır".

Qadınların etirazı yüzlərlə ismarışla sosial şəbəkələrdə əks olunub.

Fotonun müəllifi queenpsays
Image caption "Ürəyim istediyini edərəm. Gecə ya da gündüz. Məni dayandırmağa haqqın olması ağlından belə gətirmə!"
Fotonun müəllifi sharmilamandre
Image caption Bayıra çıxmaq vaxtı
Fotonun müəllifi sharika menon
Image caption "Sinderella deyiləm" həştəqi

Jurnalist Palak Sharma gecə vaxtı əlində içki ilə göz qırpdığı şəklini paylaşandan sonra ona dəstək mesajları gəlib.

Lakin Sharma BBC-ə açıqlamasında son iki gün ərzində çoxlu hədələndiyini və tənqid dolu ismarışlar aldığını bildirib.

Sharma buna cavab olaraq "Qorxmuram" deyir. "Bizi heç nə dayandıra bilməz. Heç bir hədə bizi qorxuda bilməz. Biz Sinderella deyilik. Gecə yarısı evdə olmağımıza ehtiyac yoxdu".

Sosial şəbəkə kampaniyasında iştirak edənlərin getdikcə artması həqiqətən də qadınların qorxmadığına dəlalət edir.

Bu barədə daha geniş