5 fotoda: Türkiyəni çempion edən azərbaycanlı, Turana qarşı cinayət işi və...

Bu həftə baş verən mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi ADRIAN DENNIS/ Getty

1. Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev Londonda keçirilən Dünya Atletika Çempionatında 20.09 saniyəlik dərəcəsiylə birinci olub və qızıl medal qazanıb.

O, Türkiyə atletika tarixində bir ilki həyata keçirərək, Türkiyənin dünya çempionatlarında qızıl medal əldə edən ilk milli atleti olub.

200 metr məsafəyə qaçışda Türkiyəni dünya çempionu edən Ramil Quliyev kimdir?

Fotonun müəllifi APA

2. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (VCİAD) Turan informasiya agentliyinə "gəlir ölçüsünün kiçildilməsi" ittihamı ilə cinayət işi açıb

Agentlik vergi orqanlarının gəlir ölçüsünün kiçildilməsi ilə bağlı iddialarını qətiyyətlə təkzib edib, məlumatda deyilir.

Turan agentliyinə cinayət işi açılıb

Fotonun müəllifi Prezident.az

3. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Bakıya səfəri Transxəzər qaz kəməri layihəsi barədə məsələni yenidən gündəmə gətirib.

Prezidentlərin təkbətək görüşündə cənab Berdıməhəmmədov energetika sahəsində əməkdaşlıqdan danışsa da, azərbaycanlı həmkarı İlham Əliyev bu barədə bir kəlmə də deməyib.

İlham Əliyev Türkmənistan prezidentilə görüşdə niyə qazdan danışmadı?

Fotonun müəllifi ERIC FEFERBERG/ Getty
Image caption Məsumə Ebtekar ailə və qadınlar məsələləri üzrə vitse-prezident vəzifələrinə təyin edilib

4. İran prezidenti Həsən Ruhani tamamilə kişilərdən ibarət olan kabinetinə görə tənqidlərdən sonra 12 vitse-prezident postlarından üçünə qadınları təyin edib.

1979-cu il İran İslam İnqilabından indiyədək İranda yalnız bir qadın kabinet üzvü olub.

Fotonun müəllifi Thierry Chesnot/ Getty

5. Fransada prezident Emmanuel Macron-un xanımı Brigitte Macron üçün "Birinci xanım" vəzifəsini təsis etmək planı əleyhinə onlayın petisiyaya 250 mindən çox adam imza atıb.

Prezident seçilməsindən 3 ay sonra cənab Macron rəy sorğularında dəstəyinin kəskin azalması ilə üzləşib.

Niyə hamı Fransanın birinci ledisindən danışır?