Ramil Quliyev: Atletlər vətəndaşlığını niyə dəyişir?

Ramil Guliyev Fotonun müəllifi Martin Rickett
Image caption Guliyev celebrated with the flags of both Azerbaijan and Turkey

Londonda keçirilən Dünya Atletika Çempionatında 200 metr məsafədə qaçış üzrə gözlənilməz qələbə çalan Ramil Quliyev Türkiyə və Azərbaycan bayraqlarını qaldırdı.

Quliyev vaxtilə SSRİ-in tərkibində olan Azərbaycanda doğulub. Lakin 2011-ci ildə o, Azərbaycanın qəti etirazına rəğmən mübahisəli bir şəraitdə Türkiyə vətəndaşlığını alıb.

Bu diqqəti atletikadakı transferlərinin sayına və idmançılar tərəfindən tez-tez vətəndaşlığın dəyişdirilməsi hallarına çəkir, BBC redaktoru Ben Sutherland öz icmalında yazır.

Hardan baxılsa, bu deməkdir ki, Türkiyə ilk qızıl Dünya Atletika Çempionatında ilk qızıl medalına sahib olub.

Bəs görəsən idmançılar öz vətəndaşlığını niyə dəyişdirir?

Daha üstün şanslar əldə etmək üçün - Zharnel Hughes (Angilya - Böyük Britaniya)

Fotonun müəllifi Martin Rickett
Image caption Zharnel Hughes sonuncu Dünya Çempionatında yeni vətəni üçün medal qazana bilməyib.

Atletika sahəsində hər bir vəhclə zirvəyə çıxmağa çalışanların misallarına tez-tez rast gəlmək olar. Təəssüf ki, onlar bəzən qeyri-qanuni yollardan da çəkinmir.

Özünə həqiqətən inamı olan atletlər karyerası naminə özlərinə ən yaxşı şans verməyə çalışırlar. Onlardan biri də vətəndaşlığın dəyişdirilməsidir.

Əgər idmançı kiçik, müasir məşq zalları ilə avadanlığı az olan, məhdud maliyyə imkanlarına malik ölkə vətəndaşıdırsa o, şanslarını artırmaq üçün başqa ölkə vətəndaşlığı barədə düşünə bilər.

Angilyalı sprinter Zharnel Hughes Olimpiya yarışlarında həmişə yalnız Britaniyanı təmsil etmək istədiyini düşünüb.

"Mən həmişə məhz belə bir şeyi arzulamışam".

200m məsafəyə qaçışçı Miguel Francis-də Olimpiya komandasına sahib olmayan Montserrat-da doğulsa da, yarışlarda Britaniyanı təmsil edib.

"Mənə elə gəlir ki, daha rahat mühitdə, insanların mənə daha yaxşı münasibət bəslədiyi yerdə olsam, daha az stres keçirərəm", - Miguel Francis BBC-ə deyib.

Sevgi üçün - Fiona May (Böyük Britaniya - İtaliya)

Image caption May (sağda) həm də tanınmış TV ulduzudur

Fiona May 1990-cı illərdə əksinə olaraq Böyük Britaniya komandasından İtaliya millisinə keçmək qərarına gəlib.

O, 1988-ci ildə Seul Olimpiadasında Britaniya bayrağı altında çıxış edib.

Lakin ölkəsinin atletika qurumu tərəfindən yetərincə ciddi qəbul olunmadığını düşünərək əri, idmançı Gianni Iapichino-nun vətəni - İtaliyanı seçib.

May ikiqat dünya çempionu olmaqla yanaşı İtaliya televiziyasında uğurlu karyeraya başlayaraq ölkənin ən iri ulduzlarından birinə çevrilib. Yerlilər onu italiyalı kimi tanıyır.

Fiona May israr edir ki, irəliləmək istəyən idmançılar üçün vətəndaşlıq maneəyə çevrilməli deyil.

Uzunluğa tullanma üzrə angilyalı atlet Shara Proctor 2012-ci ildə Britaniya üçün çıxış etmək qərarına gələndə onu qınadılar, May deyir.

"Angilyanın Milli Olimpiya Komitəsi yoxdur və o, Britaniya ərazisidir, belə ki, mən insanların nədən şikayət etdiklərini anlamıram".

"Bu həyatın reallıqlarıdır, odur ki, bunu qəbul edin".

Millidə yerlər uğrunda rəqabətdən yayınmaq üçün - David Torrence (ABŞ - Peru)

Fotonun müəllifi DAVID TORRENCE
Image caption David Torrence Twitterdə Peru adından yarışdığına görə qürur duyduğu barədə bildirir. .

Özünüzü yaxşı idmançı hesab etsəniz də, zirvəyə qalxacaq qədər mükəmməl olmadığınız təqdirdə şöhrətə doğru yol yeni vətəndaşlıqdan keçə bilər.

Trekkinq üzrə ABŞ komandasını götürək, onlar öz rəqiblərindən xeyli üstündür. Bu ABŞ millisinə üzv olmaq imkanlarını məhdudlaşdırır.

Lakin başqa ölkələrdə yer uğrunda rəqabət o qədər də kəskin deyil. Bu irimiqyaslı yarışlarda iştiraka cəlbedici giriş ola bilər.

Hazırda Peru komandasında çıxış edən amerikalı atlet David Torrence bu barədə vaxtilə belə bir izahat verib:

"ABŞ-da az qala hər bir idman növü üzrə yarışda komandadakı yerlər demək olar ki, artıq tutulub... Peruda isə onlar tam komanda yığa bilmir, onların tonlarla atlet göndərmək imkanı yoxdu, nəyinki trekkinq, bütün növlər üzrə".

"Bir sözlə, öz ölkəndə qəhrəman olmaq alınmırsa - imkanlarını başqa ölkədə sına!".

Yeni ölkədə yaşamaq - Merlene Ottey (Yamayka - Sloveniya)

Fotonun müəllifi AFP
Image caption Ottey 2010-cü ilədək yarışlarda iştirak edib.

Qadınlar arasında qısa məsafəyə qaçış üzrə idman əfsanələrindən biri, ikiqat dünya çempionu - Merlene Ottey 50 yaşında Sloveniya komandasına üz tutub.

O, ilk dəfə məşqçisinin vətəni Sloveniyaya 1998-ci ildə baş çəkib və ölkəyə dərhal heyran olduğunu deyir.

"İlk baxışdan vuruldum".

Bundan 4 il keçmiş artıq Sloveniyada məskunlaşarkən idmançı yerli vətəndaşlığa da sahib olub.

Yamayka onun xidmətlərinə görə etiraz etməyib, hərçənd ki, insanlar onun seçimiylə razılaşmayıblar.

Maddi maraq üçün - Saif Saaeed Shaheen (Kenya - Qətər)

Fotonun müəllifi JOEL SAGET
Image caption 2003-cü ildə Parisdə keçirilən yarışda Shaheen (sağda) keniyalı Ezekiel Kemboi arxada qoyaraq qızıl medala sahib olunub.

Bu əlbəttə ki, ən vacib səbəblərdən biridir.

Bu, o dərəcədə ciddi bir problemə çevrilib ki, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (BAFA) rəhbəri qaydalarda dəyişikliyə ehtiyac olduğunu deyib.

Sebastian Coe-nin təbirincə, xüsusilə də Afrika ölkələrini təmsil edən idmançıların müntəzəm şəkildə komandadan komandaya çoxsaylı transferləri hazırkı sistemin müasir tələblərə cavab vermədiyini göstərir.

"Atletika milli yığmalara əsaslanmalıdır - hazırda bu prinsip təhlükə altındadır", - BAFA rəhbəri deyib.

Qətər və Bəhreyn kimi zəngin Körfəz ölkələrinin komandalarına nəzər yetirmək onun qeyd etdiyi problemin miqyasını təsdiqləyə bilər.

Bu səpkidə Qətər millisini təmsil edənlərin arasında yalnız cənab Shaheen-i misal gətirmək bəlkə də düzgün olmazdı.

Lakin əsl adı Stephan Cherono olan keniyalının Qətərə keçməsi o qədər tipik haldır ki, biz bundan yan keçə bilmədik. Üstəlik də bu transfer Keniya prezidenti Mwai Kibaki-nin qınağına tuş gəlib.

Shaheen 2003-cü ildə Dünya Çempionatı ərəfəsində Qətərə transfer olunaraq 3000 m məsafəyə qaçışda birinci yeri qazandı. O, iki il keçmiş öz nailiyyətini təkrarlamağa müvəffəq oldu.

O vaxt yayılan xəbərlərdə deyilir ki, qələbəsi üçün Shaheen-ə 1 milyon dollar mükafat və ömrünün sonunadək ayda 1000 dollar qonorar kəsilib. Hərçənd ki, atletin özü bu iddiaları təkzib etdi.

Başqa ölkə üçün çıxışların qeyri-maddi fəsadları da olub. Belə ki, 2003-cü ildə, Parisdə qələbə qazanan Shaheen-i eyni çempionatda Keniya bayrağı altında yarışan qardaşı təbrikləməkdən imtina etdi.

2004-cü ildə isə Keniyanın etirazının ardınca atlet Afina Olimpiya oyunlarında yarışmaq haqqını itirdi. Olimpiya oyunlarının qaydaları vətəndaşlığını dəyişən idmançının çıxışı üçün hər iki ölkənin razılığını tələb edir. Əks təqdirdə atlet 3 il ərzində çıxış etmək haqqından məhrum olunur.

Beləliklə yüksək fiziki formada olan keniyalı idmançı

Olimpiadaya qatılmaq haqqı ilə yanaşı Afinada Olimpiya çempionu adını qazanmaq şansı ilə də vidalaşmalı oldu.

Əlaqəli mövzular

Bu barədə daha geniş