5 fotoda: Barselonada hücum, şahmata qayıdış, burkaya qarşı...

Bu həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi PAU BARRENA/ Getty

1. Barselonanın Las Ramblas turist ərazisində avtomobil furqonunun insan izdihamının üzərinə sürətlə sürülməsi nəticədə 13 nəfər həlak olub, onlarla adam yaralanıb.

Hücumda şübhəli bilinən şəxsin axtarışı üzrə geniş polis əməliyyatı həyata keçirilməkdədir.

Polis: Barselonada daha "böyük" hücum hazırlanırmış

Fotonun müəllifi MANISH PAUDEL/ Getty

2. Cənubi Asiyada baş vermiş güclü daşqınlar 16 milyondan çox insanın həyatına təsir edib.

Nepal, Banqladeş və Hindistandakı daşqınlarda təxminən 500 min nəfərin həlak olduğu deyilir.

Fotonun müəllifi BILL GREENBLATT/ Getty

3. Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov 12 illik fasilədən sonra yenidən St Louis şəhərində keçirilən peşəkar şahmat turnirində çıxış edib.

"Baxaq görək mən fiqurları hərəkət etdirməyi unutmamışam ki?" şahmatçı belə zarafat edib.

Harri Kasparov: "Baxaq görək mən fiqurları hərəkət etdirməyi unutmamışam ki?"

4. Son iki ildə Səudiyyənin Avropada yaşayan 3 şahzadəsi yoxa çıxıb. Hər üçünün Səudiyyə hökümətinə münasibəti tənqidi olub və hər üçünün oğurlanıb Səudiyyəyə aparıldıqları barədə dəlillər var…

Mövzu ilə bağlı BBC araşdırma dərc edib.

Səudiyyə Ərəbistanının yoxa çıxan şahzadələri

5. Avstraliyanın ifrat sağçı One Nation (Vahid Xalq) partiyasının lideri, Pauline Hanson Avstraliya senatına burka geyinərək gəlib. Siyasətçi daha sonra nümayişkarana şəkildə burkanı başından çıxarıb.

Xanım Hanson-un partiyası Avstraliyada burkanın qadağan edilməsi üçün qanun layihəsi təklif edir.

Burka qadağasını istəyən deputat Avstraliya senatında burka geyinib

Əlaqəli mövzular