Barselona hücumunda şübhəli tanınan şəxs: Daha böyük basqınlar planlaşdırılırdı

Məhkəmə qarşısına (soldan sağa) Mohammed Aalla, Mohamed Houli Chemlal, Sahal al-Karib və Driss Oukabir çıxarılıb. Fotonun müəllifi EPA
Image caption Məhkəmə qarşısına (soldan sağa) Mohammed Aalla, Mohamed Houli Chemlal, Sahal al-Karib və Driss Oukabir çıxarılıb.

Barselona hücumunu törətməkdə şübhəli şəxs məhkəmə qarşısında daha böyük hücumun planlaşdırıldığını etiraf edib, ədliyyə mənbələri bildirir.

Mohamed Houli Chemlal dörd şübhəlinin dinləmələrə çıxarıldığı Madrid məhkəməsində ifadə verib.

O, çərşənbə günü Alkanar şəhərində evi darmadağın edən partlayışda xəsarət alıb. İddialara əsasən həmin mənzildə hücumlar üçün bomba hazırlanırmış.

Ötən həftə Barselona və başqa yerlərdə baş verən hücumlar 15 nəfərin ölümünə bais olub. Daha 100 nəfər xəsarət alıb.

Həmləni həyata keçirən şəbəkənin 8 üzvündən ikisi Alkanar partlayışında ölüb.

Daha 6 nəfər isə polis atəşilə öldürülüb.

Basqında şübhəli bilinən sonuncu şəxs bazar ertəsi Barselonadan qərbdə yerləşən üzüm bağlarında qətlə yetirilib.

Hadisədən sonra həbs edilmiş şübhəlilər məhkəməyə çıxarılmaq üçün Barselonadan Madridə gətirilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş