Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması nəticəsində ölüb

Bayram Kürdəxanılı Fotonun müəllifi Metbuat.az
Image caption Bayram Kürdəxanılı

Bayram Kürdəxanılı kimi tanınmış meyxanaçı Bayramqulu Quliyev avtomobil vurması nəticəsində ölüb, Daxili İşlər Nazirliyi BBC Azərbaycancaya təsdiqləyib.

Sabunçu rayon Polis İdarəsi BBC Azərbaycancaya bildirib ki, cənab Quliyevin avtomobillə vurulması faktı ilə bağlı "yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi başlanıb və sürücü saxlanılıb.

İdarə onu da bildirib ki, 52 yaşlı meyxana ustası 22 avqustda Kürdəxanı qəsəbəsində yolu keçərkən qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı avtomobillə vurulub.

Bayram Kürdəxanılı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, o xəstəxanada vəfat edib.

Kiçik yaşlarından meyxana sənətinə gəlmiş Bayramqulu Quliyev Kürdəxanıda doğulub.

Əlaqəli mövzular