Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Havada tozun miqdarı sutka ərzində norma həddinə enəcək

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Dumanın Türkmənistan ərazisindən gəldiyi bildirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron yarımadasının havasında hazırda sanitar normadan artıq olan tozun miqdarının sutka ərzində norma həddinə enəcəyini proqnozlaşdırır.

Nazirlik bildirib ki, 23 avqust gün ərzində və 24 avqust gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarı qeydə alınıb. Sonuncu məlumatlara görə, tozun miqdari hətta 52 faizədək artıb.

Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bunu Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxması ilə izah edib.

Ekoloq Telman Zeynalov BBC Azərbaycancaya bildirib ki, şərq küləyi Mərkəzi Asiya, xüsusən də Türkmənistan səhralarında qaldırdığı tozanağı Xəzər dənizinin qərbinə gətirib.

"Tozanağın özünün keçməyini gözləmək lazımdır", Milli Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri deyib.

Onun sözlərinə görə, hazırki toz dumanı gözdə qaşınmaya səbəb ola bilər.

Nazirlik 26 avqust 2017-ci il tarixinədək atmosfer havasında tozun miqdarının bir qədər də artacağını proqnozlaşdırıb.

Səbəb, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olmasıdır, qurum bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş