Dumanın Türkmənistan ərazisindən gəldiyi bildirilir
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Dumanın Türkmənistan ərazisindən gəldiyi bildirilir

Bakı və Abşeron yarımadasında hazırda müşahidə edilən havada olan tozun miqdarının sanitar normadan artıqdır, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib.

Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bunu Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxması ilə izah edib.