Qarabağın rəqibləri məlum oldu

Qarabağ- Kopenhagen oyunu Fotonun müəllifi Facebook/Qarabag FK

UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubunun növbəti rəqiblərini püşkatma müəyyən edib.

Azərbaycan təmsilçisi Çempionlar Liqasında Chelsea, Atletico Madrid və Roma ilə C qrupunda mübarizə aparacaq.

Çərşənbə günü Danimarkanın København klubu ilə matçdan sonra Qarabağ Liqanın qrup mərhələsinə keçib.

23 avqustda Kopenhagendə Bakı vaxtilə 22:45-də keçirilən matçda København 2:1 hesabı ilə qalib gəlib. Bakıdakı qarşılaşmada isə Qarabağ 1:0 hesabı ilə qalib gəlib.

Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun heyətini qəbul edib, president.az saytı yazıb.

Fotonun müəllifi President.az
Image caption Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun heyətini qəbul edib, president.az saytı yazıb

Lakin Qarabağ rəqib meydanda vurulan top hesabına növbəti mərhələyə keçib.

Oyundan sonra klubun baş məşqçisi Qurban Qurbanov Azərbaycan xalqını və azarkeşləri təbrik edib:

"Sevinirik ki, ölkəmizi sevindirə bildik. Belə turnirlərdə çıxış etmək futbolumuz üçün çox önəmlidir. Belə turnirin qrup mərhələsində oynamaq həm bizim, həm də ölkəmiz üçün faydalı olacaq".

Klub üzvləri bu səhər Bakıya gəlib, hava limanında onları azarkeşlər qarşılayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş