5 fotoda: Daha bir jurnalist həbsdə, Qarabağdan tarixi uğur, Günəş tutuldu...

Bu həftə Azərbaycanda və dünyada baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Turan

1. Turan agentliyinin direktoru Mehman Əliyev "vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödəməkdən yayınma" maddələri ilə bağlı iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Cənab Əliyev həm də "qanunsuz sahibkarlıq"da ittiham olunur.

Mehman Əliyevin saxlanmasından sonra, Turan agentliyinin kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracağını elan edib.

Mehman Əliyev və Turan agentliyi haqqında 5 suala cavab

Fotonun müəllifi MADS CLAUS RASMUSSEN/ Getty

2. Azərbaycan futbol tarixində ilk dəfə olaraq Qarabağ Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. Qarabağ pley-off mərhələsində Danimarkanın København klubuna səfərdə 2-1 məğlub olsa da, iki oyunun nəticəsinə görə üstün olub.

Azərbaycan təmsilçisi Çempionlar Liqasında Chelsea, Atletico Madrid və Roma ilə C qrupunda mübarizə aparacaq.

Qarabağ Çempionlar Liqasının qrupunda

Fotonun müəllifi Sean Gallup/ Getty

3. Bakıda təhsil almış Anqola prezidenti hakimiyyəti 38 ildən sonra tərk edib. 1979-cu ildən etibarən neftlə zəngin Afrika ölkəsinin prezidenti olan Santos Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb.

Bakıda təhsil alarkən Tatyana Kukanova ilə evlənmiş siyasətçinin qızı İsabel dos Santos Afrikanın ən varlı qadını sayılır.

Bakıda təhsil almış Anqola prezidenti hakimiyyəti 38 ildən sonra tərk edir

Fotonun müəllifi YouTube

4. Bayram Kürdəxanılı kimi tanınan tanınmış meyxana ustası avtomobil vurması nəticəsində ölüb. Bayram Kürdəxanılı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, xəstəxanada vəfat edib.

Kiçik yaşlarından meyxana sənətinə gəlmiş Bayramqulu Quliyev Kürdəxanıda doğulub.

Bayram Kürdəxanılı avtomobil vurması nəticəsində ölüb

Fotonun müəllifi Pete Marovich/ Getty

5. Avqustun 21-də dünyanın bir çox yerində tam Günəş tutulması müşahidə olunub.

Tam Günəş tutulmasını ən yaxşı ABŞ ərazisində görmək mümkün olub.

Bu barədə daha geniş