DTX: İsmayıllıda "dövlət təsisatına hücum planlayan şəxs məhv edilib"

DTX Fotonun müəllifi DTX

İsmayıllı şəhərində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ölkə hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatına qoşulmuş Azərbaycan vətəndaşı məhv edilib, Dövlət Təhlükəsizliyi Xidməti bildirib.

Məlumatda deyilir ki, Yaşar Cavadov adlı şəxs odlu silah və partlayıcı maddələr əldə edib və dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlaşıb.

Yaşar Cavadov "saxlanılmasına silahlı müqavimət göstərərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açmış və cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilmişdir", DTX bildirib.

Avqustun 27-də baş vermiş bu hadisə ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir, DTX-nın saytında yazılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş