ReAl hərəkatının icraçı katibi Natiq Cəfərliyə qarşı cinayət işinə xitam verilib

Natiq Cəfərli Fotonun müəllifi Azadlıq Radiosu

ReAl hərəkatının icraçı katibi Natiq Cəfərliyə qarşı cinayət işinə xitam olunmasına dair qərar verilib, o, BBC Azərbaycancaya bildirib.

Bu məlumatı ilk olaraq, onun vəkili Cavad Cavadov Facebook vasitəsilə paylaşaraq qərarın, ona və Natiq Cərəfliyə bazar ertəsi səhər saatlarında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində bəyan edildiyini bildirib.

Bununla yanaşı, Natiq Cəfərli və ReAl həmkarı Azər Qasımlının ölkədən çıxma məhdudiyyətinin aradan qaldırıldığı bildirilib, Cavad Cavadov deyib.

Natiq Cəfərli BBC-yə bildirib ki, ona qarşı Bakıdan çıxma məhdudiyyətinin bu gün və ya sabah qaldırılacağını gözləyir.


Həmçinin oxuyun:


İşlə bağlı keçən il avqustun 13-ü qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittihamı üzrə Natiq Cəfərli barədə dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Lakin, o, sentyabrın 9-u Bakı şəhərini tərk etməmək şərtilə azad edilib.

Qanuna əsasən bir il ərzində cinayət ittihamlarına dair dəlillər aşkar edilmədiyi halda xitam verilməlidir.

Natiq Cəfərli həmişə ona qarşı olan ittihamlarə təkzib edib və bu işin təqib edilməməsinə bir səbəbin də Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyeviv həbsinin olduğunu deyib.

O, işə xitam verilməsinin Mehman Əliyevin keçən həftə baş vermiş həbsi və bununla yanaşı geniş beynəlxalq tənqidlərin yumşalmasına yönəlmiş bir addım olduğunu düşündüyünü bildirib.

Lakin Natiq Cəfərli həmçinin vurğulayıb ki, heç kəs cinayət təqibindən sığortalanmayıb və gələcəkdə də, hökumətin bənzər ittihamlarla tənqidçiləri təqib etməsinə böyük ehtimal var.

Əlaqəli mövzular

Bu barədə daha geniş