Dağlıq Qarabağ münaqişəsi: ABŞ Minsk qrupunun yeni həmsədrini təyin edib

Andrew Schofer Fotonun müəllifi vienna.usmission.gov

ABŞ Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunun yeni həmsədrinin Andrew Schofer olacağını açıqlayıb.

Dövlət Departamentinin saytında yazılıb ki, Birləşmiş Ştatlar qəti şəkildə Minsk Qrupu prosesinə və tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə nizamlanmasına nail olmağa kömək etməyə sadiq qalır.

"...ABŞ Helsinki Yekun Aktının aid olduğu beynəlxalq hüquq normalarına əsaslananan həlli dəstəkləyir: Xüsusilə, güc tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini. Andrew Schofertərəflərə bu məqsədə çatmaq üçün kömək etməyə hazırdır."

Məlumatda deyilir ki, Andrew Schofer-in təyinatı barədə Ermənistan və Azərbaycan hökumətləri məlumatlandırılıb.

Dərhal vəzifəsinin icrasına başlayacaq cənab Schofer-in Avropa və beynəlxalq təşkilatlarda geniş təcrübəyə malik olduğu deyilir.

O bundan əvvəl ABŞ-ın Vyanada yerləşən Beynəlxalq Təşkilatlarda Missiyasının (UNVIE) müvəqqəti işlər müşaviri vəzifəsində çalışıb.

Müxtəlif ölkələrdə səfirliklərdə çalışmış cənab Schoferbir müddət Orta Şərq və terrora qarşı mübarizə işlərində də fəaliyyət göstərib.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verir.

ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk qrupu həmin vaxtdan etibarən münaqişəni həll etməyə çalışır.

Bu barədə daha geniş