Qarabağ-Chelsea oyununu izləməyə gedənlər üçün əlavə viza günləri

Stamford Bridge Fotonun müəllifi Getty Images
Image caption Qarabağın ilk oyunu Chelsea komandasının Stamford Bridge stadionunda keçiriləcək

Britaniyanın Azərbaycandakı səfirliyi Qarabağ-Chelsea futbol oyununu izləmək üçün Londona səyahət etməyi planlaşdıran azərkeşlər üçün əlavə viza görüş günləri üçün vaxt ayırıb.

Rəsmi məlumatda bildirirlir ki, Birləşmiş Krallığın Bakıdaki viza müraciət mərkəzi avqustun 29-u, 30-u və 31-i futbol oyununu izləmək istəyənlər üçün əlavə görüş vaxtları təşkil edəcək.

Viza müsahibəsi vaxtı seçmək üçün, səyahətçilərə internet vasitəsilə https://www.gov.uk/apply-uk-visa saytında "priority visa service" (prioritet viza xidməti) seçimini edərək müraciət etmək tövsiyə edilir.

Səfirlik qeyd edir ki, mümkün olduqca erkən müraciətlər vizanın vaxtında verilməsi şansını artıracaq.

Bu barədə daha geniş