Qubada itkin düşmüş azyaşlı tapılıb

Natiq Əliyev Fotonun müəllifi Əliyevlər ailəsi
Image caption Bu fotonu uşağın valideynləri sosial şəbəkələrdə paylaşmışdı

Quba rayonunun Əsgi İqrığ kəndində meşəlik ərazidə itkin düşmüş azyaşlı tapılıb, Fövqəladə Hallar Nazirliyi bildirib.

2011-ci ildə doğulmuş Natiq Əliyevi çərşənbə günü səhər 09:45-də tapmaq mümkün olub.

Məlumatı BBC Azərbaycancaya uşağın ailəsi də təsdiqləyib.

"Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib", FHN bildirib.

Sosial şəbəkələrdə azyaşlının itməsi onun son dəfə göründüyü gündən, avqustun 28-dən bəri müzakirə olunurdu.

Uşaq itkin düşdüyü yerdən 6 kilometr aralıda tapılıb, APA agentliyi bildirib.

"Azyaşlı 3 gün ac qaldığı üçün tapılarkən halsız olub. O, xilasedicilərdən öncə su istəyib", agentliyin şimal bürosu məlumat verib.

Əlaqəli mövzular