Qəbələdə yanğının söndürülməsinə "helikopterlər cəlb olunacaq"

Qəbələdə meşə
Image caption Qəbələdə meşə

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki müdafiə qoşunlarının və Şimal-qərb regional mərkəzinin canlı qüvvəsi Qəbələ rayonunda baş vermiş yanğınların söndürülməsinə başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb və bildirib ki, əlavə məlumat veriləcək.

Yanğın Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Abrıx kəndi ətrafında olan Bum meşəbəyliyinin 2 saylı meşə dolayısında qeydə alınıb.

Yanğın 1.5 hektar ərazini əhatə edib, APA informasiya agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən yazır.

Məlumata əsasən, dağlıq şərait, havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır.

Bundan başqa yanğının söndürülməsinə helikopterlərin cəlb olunduğu bildirilir.

Bir neçə gün öncə Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında və Oğuz rayonunun Xaçmaz meşəbəyliyində də yanğın baş verib.

Qəbələ Bakıdan 219, Oğuz isə 268 kilometr uzaqlıqda yerləşir.

Əlaqəli mövzular

Bu barədə daha geniş