5 fotoda: Qurban bayramı, "zəruri kitablar", nudistlər üçün park və...

Keçdiyimiz həftə dünyada və Azərbaycanda baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi GULAR ABBASOVA

1. Azərbaycanda da müsəlman aləminin digər ölkələrində olduğu kimi Qurban bayramı qeyd edilir.

Bayram münasibətilə bayram namazı qılınıb, məscidlərdə dualar oxunub və qurbanlar kəsilib.

Azərbaycanda Qurban bayramı qeyd olunur

2. 28 avqustda Qəbələ rayonunda yanğın başlayıb və yanğının 10 hektara yaxın ərazidə quru ot və kol örtüyünü yandırdığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki müdafiə qoşunlarının və Şimal-qərb regional mərkəzinin canlı qüvvəsi Qəbələ rayonunda baş vermiş yanğınların söndürülməsinə başlayıblar.

Qəbələdə yanğının söndürülməsinə "helikopterlər cəlb olunacaq"

Fotonun müəllifi THOMAS B. SHEA/ Getty

3. ABŞ-ın Texas ştatında tropik Harvey fırtınasının gətirdiyi leysan yağışlarına görə azı 2000 nəfər seldən xilas edilib.

Tufan nəticəsində azı 39 nəfər dünyasını dəyişib.

Houston daşqını: Ağ Ev Konqresdən maliyyə yardımı istəyir

Fotonun müəllifi www.meclis.gov.az
Image caption Vasif Talıbov

4. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun "Oxunması zəruri olan kitablar haqqında" imzaladığı sərəncam sosial mediada müxtəlif reaksiyalara səbəb olub.

Vasif Talıbovun sərəncamı ilə "zəruri" bilinən 30 kitab arasında həm yerli, həm də xarici ədəbiyyatdan nümunələr var.

Vasif Talıbov naxçıvanlılara bu kitabları oxumağı məsləhət bildi

Fotonun müəllifi Getty Images

5. Fransa paytaxtı Paris yaxınlığındakı ictimai parkda ayrılmış bir məkan nudistlərin istifadəsinə verilib.

Rəsmilərin dediyinə görə, nudistlər üçün ayrılan zonada heç bir eksqibisionizm və ya vuayerizm hallarına yol verilməyəcək.

Paris: ictimai parkda nudistlər üçün zona açılıb

Əlaqəli mövzular