FHN: Qəbələdə yanğınsöndürmə əməliyyatı təxirəsalınmadan davam edir

Qəbələdə meşə
Image caption Qəbələdə meşə

Fövqaladə Hallar Nazirliyi şənbə günü verdiyi bəyanatda, Qəbələ rayonunda avqustun 28-dən davam edən meşə yanğınının söndürülməsi işlərinin təxirəsalınmadan davam etdiyini bildirib.

FHN-in məlumatına görə, Solquca və Abrıx kəndləri yaxınlığındaki meşə ərazisində başlamış yanğının söndürülməsində "FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 91 nəfər şəxsi heyyət (46 nəfər Bakı qarnizonu şəxsi heyyəti), 4 ədəd yanğınsöndürmə avtomobili, Mülki müdafiə qoşunlarından 58 nəfər şəxsi heyyət, 4 ədəd texnika, Şimal-qərb Regional Mərkəzindən 20 nəfər şəxsi heyyət, 4 ədəd texnika, Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürməsi işlərinə cəlb olunmuşdur".

Qəbələ Rayon İcra Hakimiyyətinin və Meşə təsəruffatı idarəsinin isə 50 nəfər canlı qüvvəsi və 13 ədfəd müxtəlif təyyinatlı texnikasının da yanğınsöndürmə əməliyyatyında iştirak etdiyi bildirilib.

Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov hazırda hadisə yerindədir, nazirlik qeyd edib.

Qəbələ Bakıdan 219, Oğuz isə 268 kilometr uzaqlıqda yerləşir.

Əlaqəli mövzular

Bu barədə daha geniş