Azərbaycan, Türkiyə və Gürcüstan: nazirlər Bakı Bəyannaməsini qəbul edib

Elmar Məmmədyarov, Mixeil Canelidze və Mevlüt Çavuşoğlu Fotonun müəllifi XIN
Image caption Elmar Məmmədyarov, Mevlüt Çavuşoğlu və Mixeil Canelidze 2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Fəaliyyət Planının qəbul edilməsini vacib sayıblar

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri ikitərəfli və üçtərəfli əməkdaşlığın "yüksəlməsindən məmnunluq" ifadə edib.

Bu, sentyabrın 6-da Bakıda nazirlərin VI Üçtərəfli Görüşündən sonra imzaladıqları Bakı bəyannaməsində bildirilib.

Elmar Məmmədyarov, Mevlüt Çavuşoğlu və Mixeil Canelidze regionda davam edən münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa xələl gətirdiyini və siyasi həll tələb etdiyini vurğulayıblar, Azərbaycan XİN məlumat yayıb.

Onlar Dağlıq Qarabağ regionu və ətraf bölgələr və Gürcüstanda münaqişənin ən qısa zamanda BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyünü bəyan ediblər.

Bu görüşdə qərara alınıb ki, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman sahəsində əməkdaşlığı daha da gücləndirmək üçün birgə qərarına layihə və proqramlar həyata keçirilsin.

Enerji sahəsində strateji tərəfdaşlığın vurğulandığı sənəddə TANAP layihəsinə "tam siyasi" dəstək bildirilib.

Nazirlər 2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Fəaliyyət Planının qəbul edilməsini vacib sayıblar.

Bu barədə daha geniş