Qurban Qurbanov: Səhvlərimiz üzərində işləyəcəyik

Qurban Qurbanov Fotonun müəllifi Getty Images

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda Chelsea futbol klubu ilə Qarabağ futbol klubunun matçında hesab birincilərin xeyrinə 6:0 olub.

Londonun Stamford Bridge stadionunda baş tutmuş oyunda qolları Pedro, Zappacosta, Azpilicueta, Bakayoko, Batshuayi və Medvedev (avtoqol) vurub.

Matçdan sonra təşkil olunan mətbuat konfransında Qarabağın baş məşqçisi Qurban Qurbanov rəqiblərini təbrik edib.

O, nəticənin onun üçün asan olmadığını bildirsə də, Chelsea-nin Çempionlar Liqasının ən güclü klubu olduğunu deyib.

"Çempionlar Liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq, Chelsea-nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağıyla bağlıdı. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir", deyən cənab Qurbanov Qarabağın baş məşqçisi olduğu üçün fəxr etdiyini bildirib.

Qarabağ 23 avqustda Danimarkanın København klubu ilə matçdan sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Qarabağ Çempionlar Liqasında növbəti matçını 27 sentyabr Bakı Olimpiya Stadionunda İtaliyanın Roma klubuna qarşı keçirəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş