Qəbələ sakinlərindən dini ədəbiyyat "götürülüb"

DTX Fotonun müəllifi DTX

Dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Qəbələ sakinlərindən dini ədəniyyat götürülüb, Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, sentyabrın 12-də Qəbələ rayon polisi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Vəndam qəsəbə sakinləri - Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış keçirilib.

DİN, onların evlərindən "qanunla qadağan olunmuş ümumilikdə 77 dini təyinatlı ədəbiyyat, 11 video və audiokaset, 14 CD disk və 1 kustar üsulla hazırlanmış xəncər" aşkar edilərək götürüldüyünü bildirib.

Bundan başqa rəsmi orqanlar onlardan izahat alıb və götürülmüş əşyaları ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərib, məlumatda bildirilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş