Içərişəhərin sənətkarları
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İçərişəhərin sənətkarlarının çətinlikləri və sənət sevgisi

İçərişəhərin dar küçələri rəssam və heykəltaraşların emalatxanaları ilə zəngindir. Onlar buranı “xüsusi ruhuna görə” seçdiklərini deyirlər.

Sənətkarlar sənətlə ailə dolandırmağın çətinliklərindən bəhs etsələr də, “sənətin onları yaşatdıqlarını” qeyd etməyi unutmurlar.

Elə rəssamlar var ki, aylarla bir əsər sata bilməyib.

İçərişəhərdə incəsənət salon və qalereyalarının sayı artsa da buradakı sənətkarlar onların fəaliyyətindən narazıdırlar.

Sənətkarlar düşünür ki, qalereyalar onların işlərinin PR-ını aparmalı və satlışla məşğul olmalıdır.

Lakin çox vaxt sənətkar özü yaradıcılıqla bərabər bu işləri də özü görməlidir.

Bütün bunlara baxmayaraq, sənətkarlar son dövrdə incəsənətə maraq göstərənlərin artdığını da deyirlər.