Bakıda top mərmisi tapılıb

mərmi Fotonun müəllifi AzerTAG

Bakının Xətai rayonu ərazisində 2 zenit top mərmisi tapılıb, Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Nazirlik bildirir ki, top mərmilərindən biri təlim-tədris təyinatlı, digəri isə döyüş tətbiqinə yararlı olub.

Qurum Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə getdiyini bildirir.

Silah-sursatın zərərsizləşdirilməsinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri də cəlb olunub, məlumatda deyilir.

Mərmilər zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əlaqəli mövzular