Ermənistan Azərbaycan əsgərinin meyitini qaytarıb

hərbçi Fotonun müəllifi Reuters
Image caption Foto Arxiv

Noyabrın 28-də Ermənistan hərbi cinayət törətdiyi iddia olunan Bəhruz Cəlilbəylinin meyitini Azərbaycana verib, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu BBC Azərbaycancaya bildirib.

Qurum qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilən tədbirlər nəticəsində geri verib.


Həmçinin oxyuyun:


Müdafiə Nazirliyinin bir neçə gün öncə yaydığı məlumatda bu ilin yanvarında Sədərək rayonundan hərbi xidmətə çağrılmış Bəhruz Cəlilbəylinin "hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk etdiyini" bildirib.

Nazirlik əsgərin meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında müəyyən edildiyini açıqlamışdı.

Bəhruz Cəlilbəylinin hansı hərbi cinayət törətdiyi və ölümü barədə detallı məlumat verilmir.

Əlaqəli mövzular

Bu barədə daha geniş