Bu gün "Qarabağ" "Roma" ilə oynayır

futbol Fotonun müəllifi Getty Images
Image caption Foto Arxiv

Dekabrın 5-də "Qarabağ" futbol komandası 2017/18 mövsümündə Çempionlar Liqasında son oyununda İtaliyanın "Roma" klubu ilə görüşəcək.

"Roma" ilə Bakıda keçirilmiş əvvəlki oyunda hesab 1:2 qonaqların xeyrinə olmuşdu.

İdman məsələləri üzrə mütəxəssislər bu oyunun "Qarabağ" üçün formal xarakter daşıdığını bildirirlər.

Çempionlar Liqasının "C" qrupunda oynayan "Qarabağ" İngiltərənin "Chelsea", İspaniyanın "Atletico" və İtaliyanın "Roma" klubları ilə rəqib olub.

Qarabağ avqustun 23-də Danimarkanın København klubu ilə matçdan sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş