Qurban Qurbanov: "Komandamız məğlub olmaq istəmirdi"

Fotonun müəllifi Getty Images
Image caption Foto Arxiv

"Qarabağ" məşqçisi komandanın Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi bir çox oyunundan razı qalıb.

Dekabrın 5-də İtaliya paytaxtında keçirilmiş "Qarabağ"-"Roma" görüşü meydan sahiblərinin xeyrinə bitib. Hesab 1:0 olub.

UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirilmiş oyunda hesab ikinci hissədə açılıb.

Bu, "Qarabağ" klubunun Çempionlar Liqasının qrup mərhələsində son oyunu idi.

Oyunla bağlı təəssüratlarını "Qarabağ"ın məşqçisi Qurban Qurbanov Facebook hesabında bölüşüb. "Roma"nı təbrik edən Qurban Qurbanov deyib, "məğlub olmamağı çox istəyirdi:"

"Amma bir qol buraxdıq. Buna baxmayaraq, razı qaldım. Layiqli çıxış etməyə çalışdıq. Ağır idi. Komandamız məğlub olmaq istəmirdi", o deyib.

Qurban Qurbanov "Qarabağ"ın çıxışını "normal sayıb". O bildirib ki, "Çelsi" ilə ilk oyun istisna olmaqla, oyunçular "layiqli çıxış etdilər".

Fotonun müəllifi Getty Images
Image caption Qurban Qurbanov

"Rəqiblərin hər biri ilk iki yerə layiq idi"

Qurban Qurbanov ehtimal edib ki, "bəlkə də əlavə xallar qazanmaq imkan"ları olub, "amma bəzi oyunlarda vərəqə aldığımız epizodlarda futbolçularımızda təcrübə çatmadı", deyə vurğulayıb.

O, "Qarabağ"ın qrup mərhələsində keçirdikləri oyunlardan "ümumilikdə razı qaldığını" söyləyir, hesab edir ki, rəqiblərinin hər biri ilk iki yeri tutmağa layiq olublar.

Çempionlar Liqasının "C" qrupunda oynayan "Qarabağ" İngiltərənin "Chelsea", İspaniyanın "Atletico" və İtaliyanın "Roma" klubları ilə rəqib olub.

"Qarabağ" avqustun 23-də Danimarkanın København klubu ilə matçdan sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş