“Ayə, harya gedirsən?” mahnısının müəllifi BBC-ə danışıb
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

“Ayə, harya gedirsən?” mahnısı ilə məhşurlaşan Vüsal Rzasoyla müsahibə

Vüsal Rzasoy bir günün içərisində, cəmi 2 sualdan ibarət mahnısı ilə məhşurlaşıb və ötən ay sosial mediada ən çox müzakirə edilən şəxslərdən olub.

"Ayə, harya gedirsən?” mahnısının görüntüləri minlərlə dəfə paylaşılıb.

Musiqi fəaliyyətinə 2003-də başlayan Vüsal Anvil chorus, Parazit, Tengri kimi qruplarla çıxış edib.

Sonra isə Azərbaycanı tərk edərək bir müddət Litvada yaşayıb və Corus, White Horn kimi qruplarda çalışıb.

Onu doğulduğu ölkəyə qayıtmağa isə saz musiqisinə olan məhəbbəti vadar edib.

Vüsal məşhur mahnısının yaranmasını aşıq musiqisi və Hermann Hesse-nin “Siddhartha” romanı ilə əlaqələndirir.

O mahnıda səslənən ləhcəni səmimiyyət olaraq gördüyünü deyir.

Videonun müəllifi Günel Səfərovadır.

Əlaqəli mövzular