Qrafiklərdə: Azərbaycanda əmək haqqı, yaşama minimumu və işsizlik

100 manat Fotonun müəllifi Wikimedia Commons

Son iki il ərzində manatın kəskin devalvasiyası neft qiymətləri böhranının Azərbaycana təsirini ortaya çıxarıb. Lakin bunun gəlirlərə və həyat keyfiyyətinə nə təsiri olub? Dövlət qurumlarının istifadə etdiyi göstəricilər insanların yaşadığı həyatın reallığını əks etdirirmi?

Son yeddi il ərzində, Azərbaycanda "orta aylıq əmək haqqı" fasiləsiz artmaqda davam edib. 2010-cu ildə bu rəqəm 319,1 manat olsa da, bu ilin yanvar-sentyabr aylarında "ölkə iqtisadiyyatında müzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı" 525,6 manat olub.

Eyni zamanda, minimum əmək haqqı və ölkədə yaşayış minimumu üçün hesablanan məbləğ də fasiləsiz artmaqda davam edib.


Həmçinin oxuyun:


Lakin bu artımla yanaşı, manatın devalvasiyası idxal edilən ərzaq və digər malların da kəskin bahalaşmasına səbəb olub.

Devalvasiyanın manatın dəyərinə və bununla da gəlirlərə olan təsirini anlamaq üçün, biz bu göstəriciləri həmçinin ABŞ dolları ilə də hesablamışıq.

Bu isə son 10 ildə Azərbaycanda bu göstəricilərdə dəyişikliyi ölçməyə imkan verib.

2010-cu ildən indiyədək, orta aylıq nominal əmək haqqının 58,7 faiz, minimum əmək haqqının 32,5 faiz və yaşama minimumunun 69 faiz artdığını görmək olur.

Lakin eyni zamanda, əhalinin ərzaq və xidmətlərin qiymət indeksi bu sahələrdə xərclərin 50,5 faiz artdığını göstərir.

Yəni ki, bu müddətdə ölkədə ərzaq və xidmətlərin qiymətlərindəki artım minimim əmək haqqının artımından daha sürətli olub.

Orta aylıq əmək haqqı və yaşama minimumu daha sürətlə artsa da, dollarla hesabladıqda, devalvasiyadan sonra bu göstəricilərin əvvəlki dəyərlərinə çatmadığını görürük.

Lakin bu göstəricilər də Azərbaycanda vəziyyəti tam əks etdirmir, çünki "orta aylıq nominal əmək haqqı"nın hesablanmasında yalnız "iqtisadiyyatda muzdla çalışan işçilər"in gəlirləri nəzərdə tutulur.

Oktyabrın 1-də bu 1 526 400 nəfərdən ibarət olub. Bu isə 5 milyondan artıq "iqtisadi fəal əhalinin" kiçik bir qismidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2016-cə ildə, bu "iqtisadi fəal əhali"dən yalnız 252 800 nəfər işsiz olub.

Bununla orta aylıq əmək haqqının hesablanmasında 3 243 000 nəfərin gəlirləri nəzərə alınmır.

Bu isə göstəricinin əhalinin əksəriyyəti üçün əhəmiyyətini sual altına qoyur.

Bu barədə daha geniş