5 fotoda: Təhsil naziri oldu vergilər naziri, Qüds İsrailin paytaxtı kimi, Saakaşvili və...

Keçən həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Azərtac
Image caption Mikayıl Cabbarov (solda) və Fazil Məmmədov

1. Dekabrın 5-də Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edilib. Bununla bağlı ölkə prezidenti İlham Əliyev sərəncam verib.

Onun digər sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin edilib.

Fazil Məmmədov işdən çıxarıldı, Mikayıl Cabbarov vergilər naziri oldu

Fotonun müəllifi AFP

2. ABŞ prezidenti Donald Trump Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyıb. O, dekabrın 6-da bunu elan edib. Qərar dünya boyunca etirazlara səbəb olub.

Qədim Qüds şəhərinin taleyi İsrail və Fələstin arasında mübahisəli məsələlərdən biridir.

Şəkillərdə: Qüdsün İsrailin paytaxtı tanınmasına etiraz nümayişləri

Fotonun müəllifi Reuters

3. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna prokurorluğunun həyata keçirdiyi istintaq hərəkətləri gedişatında Kiyevdəki mənzilinin damında saxlanılıb.

Üzərindən bir neçə saat keçmiş tərəfdarları cənab Saakaşvilini polisin əlindən almağı bacarıb.

Saakaşvilini Kiyevdə polisin əlindən belə aldılar

Fotonun müəllifi EPA

4. Rusiya prezidenti Vladimir Putin gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib.

Cənab Putin 2000-ci ildən hakimiyyətdədir.

Putin təqvimini alan varmı?

Fotonun müəllifi EPA

5. Həftənin əvvəli gecə vaxtı səmanı seyr etməyi sevənlər nəhəng Ayı müşahidə ediblər - Ay yerə yaxınlaşaraq daha böyük və işıqlı görünüb.

Nəhəng Ay, bütöv Ayın yerə ən yaxın olduğu vaxt görünür.

Foto: 2017-ci ilin ən son bütöv Ayı