Azərbaycan meyvə və tərəvəzə ziyan vuran həşəratların yayılma təhlükəsi ilə üzləşib

sitrus bağları

Azərbaycan meyvə bağlarına zərər vuran həşəratların yayılma təhlükəsi ilə üzləşib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirib ki, mərmər bağacığı (Halyomorpha halys Stal) adlandırılan həşərat qonşu Rusiya və Gürcüstanda yayılıb.

Onun meyvə və tərəvəzə, o cümlədən xurma, fındıq, qoz, şaftalı və naringi ağaclarına ciddi zərər vurduğu bildirilir.

Qurum xəbərdarlıq edir ki, bu həşəratla rastlaşan fermerlər dərhal Dövlət Xidmətinin yerli orqanlarına müraciət etsinlər.

Dövlət Fitosanitar Nəzarəti Xidməti bəyan edir ki, hazırda gücləndirilmiş iş rejiminə keçib və bölgədə bu zərərvericinin yayılma təhlükəsinin qarşısını almaq üçün müşahidə və maarifləndirmə tədbirlərinə başlayıb.

Bu barədə daha geniş