Milli Məclisdə ordu müzakirəsi

Parlament Fotonun müəllifi AzerTAG
Image caption Milli Məclis dekabrın 15-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Milli Məclis dekabrın 15-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Qanun layihəsində silahlı qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə dövründə əsas vəzifələri əksini tapıb.

Qanun layihəsində dinc dövrdə ordu qarşısında duran vəzifələrdən biri kimi daxili siyasi sabitliyin, konstitusiya quruluşunun, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək göstərilir, yerli media parlamentdən xəbər verir.

Layihənin müzakirəsi zamanı bəzi deputatlar təklif edib ki, orduya ictimai nəzarət olsun. Parlament üzvü Siyavuş Novruzov deyib ki, Silahlı Qüvvələr Ali Baş Komandana tabedir.

"Bu sahəyə ictimai nəzarətin olmasının əleyhinəyəm. Bu iş hansı qeyri-hökumət təşkilatına tapşırılacaq, onların silahdan başı çıxırmı?".

Digər deputat Qüdrət Həsənquliyev deyib ki, mətbuat ordudakı problemlərdən yazmalıdır, buna qadaöğa qoymaq düzgün deyil.

"Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil".

Deputat Naqif Həmzəyev müddətdən artıq şəxslərin orduya qəbulu zamanı ciddi nəzarətin həyata keçirilməsini zəruri sayıb.

O təklif edib ki, mətbəx işlərinə cəlb olunan xanımların işə götürülməsi zamanı onların hərbi sirləri nə dərəcədə qoruyacaqlarına diqqət yetirilsin.

Parlamentin vitse-prezidenti Ziyafət Əsgərov ordunun daxildəki siyasi proseslərə müdaxilə imkanlarının olacağı barədə fikirləri təkzib edib.

O deyib ki, silahlı qüvvələr təkcə ordudan ibarət deyil, "ordunun daxili siyasətə aidiyyatı yoxdur. Daxildəki hansısa məsələlərlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox".

Qanun layihəsi qəbul olunarsa, 1991-ci ildə qüvvəyə minən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunu qüvvədən düşəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş